İstanbul aeroportunda atışma: iki nəfər saxlanılıb

Gecə saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb. "Report" xəbər verir ki, əməliyyat zamanı polislə naməlum şəxslər arasında atışma olub. Nəticədə iki nəfərdən biri yaralanaraq, digəri isə polisin təqibindən sonra ələ keçib. Polis və mülki şəxslər arasında yaralıların olmasına dair məlumat yoxdur.

Münhendə atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

"Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur". May.Az məlumat verir ki, bu barədə "Report"а Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib: "Həlak olanların ailələrinə və yaxınlarına