Ermənilər Qarabağda fəallaşdı: ağır artilleriya işə düşdü

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıb. May.Az APA-ya istinadən bildirir ki, erməni hərbi birləşmələri günün ikinci yarısından ağır artilleriya qurğularından istifadə edərək hərbi təlim keçir. Təlim zamanı hərbi texnikalardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.