Bakıda partlayış: 5 nəfər xəstəxanalıq oldu

Bakının Şüvəlan qəsəbəsində evdə partlayış olub. May.Az DİN-ə istinadən bildirir ki, avqustun 22-də saat 04 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Sakit Quliyevin evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə xəsarət almış S.Quliyev, həyat yoldaşı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdiriliblər.
0
1 330

Bakıda oğlan 11 yaşlı qardaşını bıçaqladı

Bakının Xəzər rayonunda yeniyetmə öz qardaşını bıçaqlayıb. "Report”un məlumatına görə, Şüvəlan qəsəbəsi "Gənc kosmonavt” düşərgəsində yaşayan 2000-ci il təvəllüdlü Aqşın Əzimov qardaşı 2005-ci il təvəllüdlü Məhəmmədin bud nahiyəsinə bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
0
1 030