^
U

Koronavirus zarafatı etdi, İnstaqram-dan getməli oldu - FOTO


Əslən Cənubi Koreyadan olan dünyaca tanınmış "JYJ" qrupunun solisti Kim Cecunun 1 aprel zarafatı tənqidlə qarşılanıb.

MAY.AZ Milli.A-a istinadən xəbər verir ki, məşhur müğənni əvvəlcə İnstaqram səhifəsində paylaşım edərək koronavirus (COVİD-19) pandemiyasına yoluxduğunu deyib.

Sənətçinin postu pərəstişkarlarını kədərləndirib, Kimin epidemiyaya yoluxması "Son dəqiqə" xəbəri kimi manşetlərdə əks olunub.

"New York Times" qəzeti yazır ki, pop ifaçısı bir neçə saat sonra yeni bir status yazaraq hər kəsi aldatdığını, gülüş günü üçün belə bir addım atdığını vurğulayıb.

O, bu davranışı ilə hər kəsi qəzəbləndirib və böyük tənqidlərə məruz qalıb.

Cecun rəylərin qarşısını almaq üçün İnstaqram səhifəsini müvəqqəti silib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Həyat tərzi Oxunub: 760 Tarix: 2-04-2020, 19:34
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az