Türkiyədə özündən 48 yaş böyük kişi ilə evlənməklə gündəmə gələn aktrisa Məltəm Miraloğlu ilə bağlı daha bir iddia irəli sürülüb.
“Milliyet” xəbər verir ki, 33 yaşlı Meltem Miraloğlu ABŞ-da evləndiyi 81 yaşlı Patrik adlı şəxslə boşanandan sonra yenidən onun yanına qayıdıb.
Onun keçmiş ərinin yanına yeni sevgilisi ilə gəldiyi iddia edilir.
Miraloğlunun ABŞ-da qanunsuz yaşadığı qeyd olunur.