Суббота
июн 18

Ləman Ələşrəfqızı ANS-dən getdi

Ləman Ələşrəfqızı ANS-dən getdi


ANS tv-nin aparıcı əməkdaşlarından olan Ləman Ələşrəfqızı özünün fecebook hesabında status yazıb. Onun bu statusundan belə başa düşmək olar ki, jurnalist işlədiyi teleşirkəti tərk edib.

Musavat.com L.Ələşrəfqızının həmin statusunu təqdim edir:

"20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".

Комментарии (0)

Оставить комментарий