Главная > İdman > Çudoçumuz Rüstəm Orucov Zaqrebdə medal qazandı

Çudoçumuz Rüstəm Orucov Zaqrebdə medal qazandı


29-07-2018, 21:22. Разместил: Admin
Çudoçumuz Rüstəm Orucov Zaqrebdə medal qazandı


Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

MAY.AZ-in Azərbaycan Cudo Federasiyasına istinadən verdiyi məlumata əsasən, 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.
Вернуться назад