ÇL: Liqa mərhələsinin ilk turundan sonra turnir cədvəlində vəziyyət

ÇL: Liqa mərhələsinin ilk turundan sonra turnir cədvəlində vəziyyət
0
Gündəm
Yayınlanma tarihi: 20-09-2024, 11:31

UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun oyunları başa çatdıqdan sonra turnir cədvəlində komandaların qərarlaşdığı pillələr bəlli olub.

Oxu.Az xəbər verir ki, aktivində hərəyə üç xalı olan "Bavariya", "Seltik", "Bayer Leverkuzen", "Aston Villa", "Borussiya Dortmund", "Sparta Praqa", "Liverpul" və "Yuventus" ilk səkkizlikdə qərarlaşıblar.

Aktivinə üç xal yazdıran digər komandalar "Real Madrid", "Sportinq", "Benfika", "Monako", "Brest", "Atletiko Madrid" və PSJ 9-15-ci sıraları bölüşürlər.

Hərəyə bir xalı olan "Arsenal", "Mançester Siti", "Boloniya", "İnter", "Atalanta" və "Şaxtyor" isə 16-21-ci sıralarda qərarlaşıblar.

Xalsız olan "Barselona", "Leypziq", "Srvena Zvezda", "Jirona", PSV, "Ştutqart", "Milan", "Lill", "Zalsburq", "Brügge", "Yanq Boyz", "Slovan Bratsilava", "Feyenoord" və "Dinamo Zaqreb" isə 22-36-cı yerləri bölüşürlər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun görüşlərinə oktyabrın 1-də start veriləcək.


Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!