Kateqoriya 1 Kateqoriya 2 Kateqoriya 3 Kateqoriya 4 Kateqoriya 5

İlham Zəkiyevə yeni vəzifə verildi

Yazar: Admin | 17-01-2018, 20:34 | Baxış: 780 | Şərhlər: 0
http://may.az/uploads/posts/2018-01/medium/1516210509_1516184335_ilhm.jpg
İlham Zəkiyevə yeni vəzifə verildi


Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.

Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.
Paylaş: Facebook | Twitter | Telegram

Şərhlər

Template not found: /templates/N/addcomments.tpl