^
U

Paşinyan ən reytinqli məmuru istefaya göndərdi - Ölkə qarışdı


Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoyub.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Vanetsyanın vəzifəsindən getməsi ölkədə ziddiyyətli fikir və ittihamlara səbəb olub.

Bildirilir ki, son günlər KİV nümayəndələri istefa ehtimalı barədə yazsa da, Baş nazir Nikol Paşinyanın bir neçə gün öncə mətbuat konfransındakı onu istefaya göndərəcəyi yönündə səsləndirdiyi müvafiq açıqlaması olduqca gözlənilməz olub. Daha sonra isə Ermənistan prezidenti müvafiq istefa ilə bağlı fərman imzalayıb.

Qeyd olunur ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırıb. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalıb.

"Joqovurd" qəzeti yazır ki, Artur Vanetsyandan sonra müdafiə naziri David Tonoyan və ölkənin Baş Polis İdarəsinin rəisi Valeri Osipyan da öz postlarını tərk edəcək.

Qəzet hökumət dairələrindəki mənbələrinə istinadən məlumat yayıb ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə ən real namizəd Nikol Paşinyanın dostu Vaqe Kazaryaryandır.

O, polis rəisinin müavini, polis qüvvələrinin komandiridir. Bundan əlavə, bu posta keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da adı çəkilir.

"Təsadüfi deyil ki, dünən Milli Məclisdə ilk oxunuşda təhlükəsizlik orqanlarının rəhbərləri vəzifələrinə namizədlərin kvalifikasiyasında dəyişiklik qəbul edildi, Bu, baş nazirə nəinki, MTX-nin direktoru və ya polis idarəsinə rəis vəzifəsinə o sferadan olan mütəxəssisi, eyni zamanda 25 yaşı olan və 4 il davamlı olaraq ölkədə yaşayan hər bir Ermənistan vətəndaşını təyin etməyə imkan verəcək", - qəzet qeyd edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 1 790 Tarix: 17-09-2019, 14:47
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az