^
U

Paşinyan rusiyalı hərbçiləri təxribatda ittiham etdi


Panik kəndindəki insident Rusiya-Ermənistan dostluq əlaqələrinə qarşı təxribatdır.

Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyan deyib.

Xatırladaq ki, iyulun 17-də Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb. Bildirilib ki, kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib.

“Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır”, - Saruxanyan qeyd edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 784 Tarix: 19-07-2018, 20:17
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az