Понедельник
июл 09

Jirinovski: Rusiya Türkiyə ilə dostluq edəcək

Jirinovski: Rusiya Türkiyə ilə dostluq edəcək



Rəcəb Tayyib Ərdoğanın yeni prezidentlik dönəmində Rusiya və Türkiyə əlaqələri bütün sahələrdə kəskin aktivləşəcək, hərbi əməkdaşlığın genişləndirilməsi mümkün olacaq.

May.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ərdoğanın rəsmi dəvəti ilə Türkiyə prezidentinin inaqurasiya mərasimində iştirak etmək üçün Ankaraya gələn Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Ərdoğan Qərblə əlaqə qurmaq istəsə də, Qərb buna qarşı çıxdı. Türkiyə müsəlman ölkəsidir, Qərbin isə müsəlmanlarla çoxlu problemləri var.

Türkiyənin Rusiya ilə qarşılıqlı əlaqələri var. Ümid edirik ki, Ərdoğanın yeni prezidentlik dönəmində Rusiya və Türkiyə əlaqələri bütün sahələrdə kəskin aktivləşəcək, hərbi əməkdaşlığın genişləndirilməsi mümkün olacaq.

Türkiyə Şanyax Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzv ola bilər”, - Jirinovski bildirib.

Комментарии (0)

Оставить комментарий