AZAL-a yeni vitse-prezident təyin olunub

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) yeni vitse-prezident təyin olunub. Bu vəzifə Samir Rzayevə həvalə olunub. AZAL-dan verilən məlumata görə, QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti kollektivə təqdim edib. Samir Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib. Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev
302

Ukraynada çəkilən bu görüntü hər kəsi duyğulandırdı - FOTO

Sosial şəbəkələrdə Xarkov şəhər meydanında çəkilən foto yayılıb. BAKU.WS xəbər verir ki, görüntü "CNN İnternational" tərəfində çəkilib. Fotoda insanlar meydanda diz çökərək dua edirlər. Hər kəsi duyğulandıran şəkil qısa müddətdə bir çox onlayn platformalarda paylaşılaraq müzakirələrə səbəb olub. Fotodan aydın olur ki, dua edən şəxslər qaçmağı deyil, ölkələrini müdafiə etməyi üstün
528

Dəri sallanmasına qarşı maska

Dəridəki qırışların və sallanmaların qarşısını evdə hazırladığımız maskalarla almaq mümkündür. MAY.AZ axşam.az-a istinadən köklü və portağallı maskanı təqdim edir. Kökü sürtgəcdən keçirin və üzərinə 1 ədəd portağalın suyunu əlavə edin. Daha sonra isə məhlula 2 çay qaşığı bal əlavə edin. Alınan maskanı pambıq vasitəsi ilə üzünüzə vurun. 30 dəqiqə gözlədikdən sonra isə dərinizi soyuq suyla
324

Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Telegram, Vkontakte kimi məşhur platformaların yaradıcısı olan Pavel Durov haqqında Forbes-in maraqlı faktlarını bir araya gətirdik. - Şəxsi sərvətinin həcmi 3,4 milyard dollardır. Forbes-in milyarderlər siyahısında 565-ci (2020-ci ilə olan məlumat-red.) adamdır. - Pavel Durov bütün dünyada 300 milyondan çox istifadəçisi olan Telegram Messenger platformasının qurucusudur və əksər aktivinin
532

İrana getmək istəyənlərin nəzərinə - Yeni qaydalar

İran beynəlxalq reyslərlə ölkəyə gələn sərnişinlərin qəbulu üçün yeni qaydalar hazırlayıb. Qaynarinfo xəbər verir ki, qaydalara əsasən yaşı 12-dən yuxarı olan bütün sərnişinlər hava limanında PCR testinin nəticəsini təqdim etməlidir. Analizin cavabı mütləq ingilis dilində olmalıdır. Bununla yanaşı peyvənd sertifikatının müddətindən 9 aydan çox müddət keçibsə etibarsız hesab ediləcək. İranın
296

Ənvər Əhməd vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ənvər Əhməd 78 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə yaxınları məlumat veriblər. Qeyd edək ki, Ənvər Əhməd 1943-cü il avqustun 8-də Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, müxtəlif illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunun rektoru, Nəsrəddin Tusi
569

İlkin Süleymanovun məhkəməsinin təxirə salınma səbəbi məlum oldu

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası yenidən təxirə salınıb. "Report" xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan bugünkü prosesin təxirə salınmasına səbəb isə hakimlərdən birinin koronavirusa yoluxması olub. Qeyd edək
284

Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİB

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Toyota Land Cruiser" markalı, 90-AS-020 dövlət qeydiyyat nişanlı avtomobilin
526

"Azərişıq" Laçın dəhlizinə işıq çəkir

"Azərişıq" ASC-nin əməkdaşları "Laçın dəhlizi"nin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlərə başlayıblar. "Report"un əldə etdiyi videogörüntülərdən məlum olur ki, "Azərişıq"ın əməkdaşları dəhlizdə işlər aparır. İşçilərin təhlükəsizliyini isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları qoruyur. Qeyd edək ki, təchizat
307

"Pişik" Güneldən açıqlama: "Deputat adıma söz çıxardır"

Deputat Ağalar Vəliyevin "Pişik" Günel ləqəbi ilə tanınan Günel Ələkbərovaya ev bağışlaması ilə bağlı xəbərlər yayılıb. BiG.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni "TikTok" hesabında bununla bağlı danışaraq yayılan məlumatların yanlış olduğunu bildirib: "Saytlara qalsa, mən milyonçuyam. Belə də əgər mənə ev verilibsə, ünvanı deyin gedim baxım görüm necə evdi?
343

Ər-arvad yatmazdan əvvəl bunları edir: 10 qızıl qayda

Yatmazdan əvvəl həyat yoldaşınızla bir az vaxt keçirməyin vacibliyini bilirsinizmi? Bir saat və ya bir neçə dəqiqə fərq etməz. Önəmlisi odur ki, bir-birinizlə bir az vaxt keçirəsiniz. Məhz xoşbəxt cütlüklər belə edir. Onlar yatmazdan əvvəl müəyyən qaydalara riayət edirlər. MAY.AZ xarici KİV-ə istinadən cütlükləri xoşbəxt edən həmin 10 qızıl qaydanı təqdim edir. 1. Telefonlarınızı səssiz rejimə
315