Yasamalın bəzi küçələrində qaz olmayacaq

Yasamalın bəzi küçələrində qaz olmayacaq
0
---
Yayınlanma tarihi: 4-11-2024, 06:25

Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Yasamal rayonu, H.Zərdabi küçəsi, 45 və 47 ünvanlarında dairəvi sistemin yaradılması ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonunun H.Zərdabi, M.Seyidov, Z.Xəlilov və N.Şəhriyar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!