Понедельник
ноя 04

Qobu qəsəbəsindən Azərişığa şikayət-Hava dəyişən kimi işıqlar sönür

Qobu qəsəbəsindən Azərişığa şikayət-Hava dəyişən kimi işıqlar sönür


“Hava dəyişən kimi işıq sönür”.

Son günlər elektrik enerjisinin verlişində müxtəlif fasilələr yaranması haqqında şikayətlər eşidirik. Bakıətrafı rayonlarda və kəndlərdə gərginliyin zəif olması ilə bağlı iddialar da səslənir. Belə bir şikayətlərdən birini də Abşeron rayon Qobu qəsəbə sakini Arzu İsrayılov adlı şəxs edib. Sakin şikayət edərək bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsində 2 ildir ki, işıq problemi var:

"Bir az yağış yağan kimi ya da külək əsən kimi işıq üzünə həsrət qalırıq. Çox təəssüf ki, bu problem tək Qobu qəsəbəsində deyil, digər ərazilər də eyni vəziyyətdədir.Dəfələrlə Abşeron rayon İşıq idarəsinə və “Azərişıq” ASC müraciət etsək də problemimizi həll edən yoxdur”.

Sözügedən şikayətlə bağlı "Azərişıq"ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev MAY.AZ-a açıqlama verib. O, bildirib ki, külək olduğuna görə özümüz qısamüddətli fasilə vermişdik:

“Biz imkan daxilində çalışırıq ki, qabaqlayıcı tədbirlər görək ki, hava şəraiti bizim xətlərimizə zərər verməsin. Enerjinin kəsilməsi təbiətin şıltaqlığı ilə bağlıdır. Bəzən ildırım xətlərimizi vurur, sel gəlib, yarımstansiyalarımıza dolur. Buna görə qabaqlayıcı tədbir olaraq işıqları kəsmişdik. Lakin hazırda heç bir problem yoxdur”.

Комментарии (0)

Оставить комментарий