Суббота
сен 30

"Qarabağ"ın futbolçusundan xüsusi ÇAĞIRIŞ

"Qarabağ"ın futbolçusundan xüsusi ÇAĞIRIŞ


Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev Dünya Ürək günü ilə bağlı alqışalayiq paylaşımı ilə diqqət çəkib.

BAKU.WS-in məlumatına görə, futbolçu sosial şəbəkədə izləyicilərinə məsləhət görüb. O, insanları siqaretdən imtina etməyə çağırıb.

"Bu gün Dünya Ürək günüdür. Bir çox insanın erkən yaşlarda ürək xəstəliklərinə tutulması məhz siqaretlə bağlıdır. Siqaret çəkən şəxs özünün və ətrafındakıların sağlamlığına zərər vurur. Mən sizi siqaretdən imtina etməyə və sağlam həyat tərzinə çağırıram. Siqaretdən imtina edin, sağlamlığınızın və ürəyinizin qayğısına qalın!".

Комментарии (0)

Оставить комментарий