^
U

Hikmət Hacıyev: "Ehtiyac olmadığı təqdirdə xarici səfərlər etməsinlər"


“Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı hər hansı bir problemimiz qalmır”.

MAY.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Qazaxıstandan və digər ölkələrdən olan vətəndaşlarımız bərə vasitəsilə ölkəmizə gətiriləcək:

“Onu da qeyd edim ki, müəyyən qrafik əsasında Azərbaycanda olan Rusiya vətəndaşlarının Rusiyaya quru yolla keçidi təmin olunur. Eyni zamanda, gələn həftə ərzində də bu meyarlara Rusiyadan vətəndaşlarımızın ölkəmizə keçidi həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyac olmadığı təqdirdə xarici səfərlər etməsinlər”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 835 Tarix: 15-08-2020, 20:47
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az