Qızıl satanlar cərimə oluna bilər

Qızıl satanlar cərimə oluna bilər
0
---
Yayınlanma tarihi: 17-05-2025, 19:35

Müştərilər qızıl alanda nə qəbz tələb edirlər, nə də onlara çek verilir.

Bəs niyə qızıl alarkən qəbz verilmir?

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Xalid Kərimli açıqlama verib:

"İstər nəğd, istərsə də POS-terminaldan ödəniş zamanı mütləq şəkildə alıcıya qəbz təqdim edilməlidir. Əgər nəğd şəkildə ödəniş qəbul edilirsə, bu zaman nəzarət kassa aparatından çıxarılmış qəbz olmalıdır. Əgər POS-terminaldan qəbul edirsə, POS-terminaldan çıxarılmış ödənişi təsdiq edən sənəd olmalıdır. Ödənişi POS-terminaldan qəbul etməyib, çek təqdim etmirsə, bu sahibkar üçün problem yarada bilər".

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!