"Bakı Metropoliteni" "28 May" stansiyasında baş verənlərə aydınlıq gətirib

"Bakı Metropoliteni" "28 May" stansiyasında baş verənlərə aydınlıq gətirib
0
---
Yayınlanma tarihi: 30-10-2021, 18:09
"28 May" metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.
"Report" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.
"Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Ehtiyat tədbiri kimi, "Həzi Aslanov-28 May" istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, "Xətai-Cəfər Cabbarlı" mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.
Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, "Xətai-Cəfər Cabbarlı" mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə "Xətai-Cəfər Cabbarlı" mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.
Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", - məlumatda deyilir.
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!