16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Həftəsonu ictimai nəqliyyat işləyir - Bu xəbər hərkəsi sevindirdi - VİDEO

Həftəsonu ictimai nəqliyyat işləyir - Bu xəbər hərkəsi sevindirdi - VİDEO
Bir ildən artıq müddətdə karantin qaydalarına əsasən ictimai nəqliyyat həftənin şənbə və bazar günləri işləmədi. Bakı Metropoliteni isə 3 ay öncə Bakıda keçirilən mötəbər idman oyunları zamanı şənbə və bazar günlərində xidmət göstərmişdi. Uzun müddət sonra ilk dəfə şənbə günündə işləyən ictimai nəqliyyat sərnişinləri xeyli sevindirib.
Uzu fasilədən sonra həftə sonu ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub..
Ölkədə son günlər virusa yoluxma sayında azalmalar və vaksinasiyanın sürətlənməsi imkan verdi ki, artıq cəmiyyət əvvəlki, ənənəvi həyat tərzinə bir addım da yaxınlaşsın.
Sonuncu dəfə 3 ay öncə şənbə-bazar günlərində işləmiş Bakı Metropoliteni həm də pandemiya dövründə 8 aydan artıq müddətdə qapılarını xidmətə tamamı ilə bağlamışdı. Bütün bu fasilələrdən sonra normal iş şəraitinə qayıdan Bakı metropsu indi işin yüksək səviyyədə təşkili üçün monitorinq keçirir.
1 ildən sonra sərnişinlər həftə sonları avtobuslardan da istifadə edə biliblər.Avtobuslar şənbə bazar günləri işləmədiyindən sərnişinlər taksi il getməyə məcbur olurdular. Bu isə onlar üçün əlavə xərc demək idi..
Mütəxəsisslər xəbərdarlıq edir ki,yenə də əvvəlki dövrdə olduğu kimi ictimai nəqliyyatda pandemiya qaydalarına maksimum formada əməl edilməlidir..Əks halda yolxuma sayında kəskin artış müşahidə edilə bilər.(xəzərxəbər)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница