DataLife Engine / Sabah Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

Sabah Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

Sabah Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq


Sabah Abşeron və Bakının Sabunçu rayonunun bəzi qəsəbələrinin içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən May.Az-a verilən məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

Bununla əlaqədar sentyabrın 6-da gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun Ramana, və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

Müvəqqəti narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
6-09-2016, 01:45
Вернуться назад