13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - SON QİYMƏTLƏR

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - SON QİYMƏTLƏR

Son günlər Azərbaycanda qızıl zinət əşyalarının qiymətində nəzərəçarpan artım müşahidə olunur. Həm dünya bazarında qızılın dəyərinin yüksəlməsi, həm də daxildə xüsusilə Yeni ilə hazırlıq fonunda alıcılıq tələbinin artması qiymət bahalaşmasına səbəb olub. 


BAKU.WS-in məlumatlarına əsasən, qızılın qramı beynəlxalq bazarda son dövrdə təxminən 6–7 dollar bahalaşıb. Bu dəyişiklik birbaşa olaraq Azərbaycanda zərgərlik mağazalarının satış qiymətlərinə də təsir göstərib.

Bakıda fəaliyyət göstərən zərgərlər artıq qiymət fərqini hiss etdiklərini deyirlər. Paytaxtda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov BAKU.WS-ə bildirib ki, ölkə bazarında ən çox satılan - "Türk qızılı" kimi tanınan 585 əyyarlı qızılın qiyməti hazırda 165–170 manat arasında dəyişir:

"Alıcılar arasında populyar olan növlərdən biri də 750 əyyarlı italyan qızılıdır. Bu növün qramı mağazalarda 210-230 manat aralığında satılır. İncə işləməsi və müasir dizaynı ilə seçildiyi üçün xüsusilə gənclər tərəfindən üstünlük verilir.

Ən yüksək kateqoriyaya aid 918 əyyarlı ərəb qızılı isə həm keyfiyyəti, həm də xüsusi dizaynı ilə seçilir. Bir müddət əvvəl qramı 190 manat olan ərəb qızılı hazırda 240-260 manata qədər yüksəlib".

Qeyd edək ki, qızıl satmaq istəyən vətəndaşlardan alınan qiymətlər mağazalarda göstərilən satış qiymətlərindən xeyli aşağıdır. Hazırda alıcılar 585 əyyarlı qızılı qramı cəmi 129 manata qəbul edirlər.

Orxan Hüseyn



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница