16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yaxşı bitki yağını necə seçməli?

Yaxşı bitki yağını necə seçməli?
Yaxşı bitki yağını necə seçməli?


Bitki yağları ən tez-tez istifadə olunan məhsullardandır. Mütəxəssislər sübut edir ki, ürək-damar sistemininin sağlamlığı üçün insan hər gün 1 x.q. bitki yağı istehlak etməlidir.

BiG.AZ xəbər verir ki, mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər.Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır.

Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.

Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır.

Ən yaxşı bitki yağı «premium» növü olandır. Daha sonra əla növ və 1-ci növ gedir. Soyuq sıxılma üsulu ilə hazırlanmış yağ daha faydalı sayılır.

Bitki yağı işıq sevmir və işığın təsirindən tez xarab olur. Bu səbəbdən bitki yağını alanda dükandakı rəfin dərinliyində yerləşən yağı götürün.

Daha təzə yağ seçin. Yararlıq müddəti bitənə yaxın yağın keyfiyyəti azalır.

Rafinə olunmuş bitki yağı şəffaf və açıq sarı rəngində olmalıdır. Yağın rəngi nə qədər açıqdırsa, yağ da bir o qədər yaxşı sayılır.

Bəzən bitki yağlarının üzərində «E vitamini ilə», «tərkibində E vitamini var» və s. kimi qeydlər olur. Bu sadəcə reklam hiyləsidir. İstənilən bitki yağında bu faydalı və vacib vitamin mövcuddur.

Yağın üzərində «xolesterinsiz» yazılıbsa, bu da sadəcə reklam üçündür. Buna aldanmayın və artıq pul ödməyin! Heç bir bitki yağında xolesterin yoxdur və ola da bilməz.

Növbəti reklam hiyəsi bitki yağının üzərində «konservantsız» və «rəngvericisiz» qeydlərdir. Bitki yağlarının tərkibinə konservantlar yoxdur. Konservantlar məhsulda mikrobların inkişafına mane olur, lakin bitki yağında mikroblar yaşaya bilmir.

Həmçinin bitki yağın tərkibinə demək olar ki, heç bir kimyəvi qatqını (rəngverici və s.) əlavə etmək mümkün deyil.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница