Главная > Şou-biznes > "Həyat davam etmir"

"Həyat davam etmir"


21-02-2023, 19:10. Разместил: Admin
Türkiyəli aktrisa Bergüzar Korel sosial media hesabındakı paylaşımlarına görə, bəzi həmkarlarını qınayıb.
Axşam.az xəbər verir ki, aktrisa bu barədə instaqram profilində yazıb.
"Özününzü yırtdınız ki, normallaşaq. Qonşunun evindən cənazə çıxanda televizor açmayan evlərdə böyümüşük. Yeddisində, qırxında dualar oxuyub, ruhunu yad edirdik. Yox, onun acını ifadə etmə şəkli başqa imiş, nə bilim nə. Hamıya anlayış göstərcəksiniz deyə, özünüzə, saxta kədərinizə don geyindirməyin. Öz həyatınızda nə edirsiniz edin, bizə nə?! Amma dayanın. Evində iki həftə əvvəl isti qəhvəsini içən, amma indi onu itirmiş biri sizin hekayənizi görəndə kədərlənməz? Bu ən bəsit sualdır. Uşaqlarının nəşini tapa bilməyən analar, atalar sənin övladınla fotonu görəndə darmadağın olmaz? Ailəsini itirən o qədər insan nə hiss edir? Həyat davam edir deyələr, etmir! Bir yerdə bizim insanımızın həyatı bitdi, ölkə böyük cənazə evi olub, həyat filan davam etmir. Durub həyat davam ediri müzakirə edirik, ya səbr".


Вернуться назад