Tuba Büyüküstün övladları ilə Türkiyəni tərk edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən
xəbər verir ki, 39 yaşlı məşhur aktrisa Tuba Büyüküstün iki qızı ilə Fransanın Paris şəhərində məskunlaşıb
Aktrisa bununla bağlı "Elle" jurnalına açıqlama verib:
"Hazırda qızlarımla buradayıq, amma bunun nə qədər davam edəcəyini planlaşdırmadıq. Parisi çox sevdiyimi və burada özümü evimdəki kimi hiss etdiyimi hər zaman demişəm. Qızlarım burada məktəbə gedir, mən isə gündəlik işlərimi mən görürəm".