Qətl törədən Rəşad Dağlı yenidən prokurorluğa gətirilib
Şəxsi münasibətlər zəminində qonşusunu qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğuna gətirilib.
Oxu.Az xəbər verir ki, hazırda istintaq tədbirləri aparılır.
Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.