DataLife Engine / Sofi Terner kriminal dramda oğru rolunu oynayacaq

Sofi Terner kriminal dramda oğru rolunu oynayacaq

"Game of Thrones" serialının ulduzu Sofi Terner altı hissədən ibarət "Coan" dramında rol alacaq.
BiG.AZ xəbər verir ki, "Deadline"nın məlumatına görə, serial məşhur britaniyalı daş-qaş oğrusu Coan Hanninqtonun hekayəsi əsasında çəkilib.
Çəkilişlər 2023-cü ilin yazında Londonda başlayacaq. Ssenari üzərində Anna Saymon və Hanninqtonun özü işləyir. Serial 20 yaşında olan Hanninqtonun qəddar bir adamla uğursuz evliliyi ilə başlayır. Əri qaçanda qadın özü və qızı Debbi üçün daha yaxşı həyat təmin etməyə qərar verir.
"Mən Coan Hanninqtonun həyəcanlı həyat hekayəsini "Coan"da ekrana gətirməkdən çox həyəcanlıyam" - dedi aktrisa bildirib.
Qeyd edək ki, layihənin rejissoru Riçard Lakston, prodüseri isə Pol Friftdir.
Nuranə

9-11-2022, 23:49
Вернуться назад