DataLife Engine / Nikolas Keyc qorxu filmində baş rola çəkiləcək

Nikolas Keyc qorxu filmində baş rola çəkiləcək

Amerikalı aktyor Nikolas Keyc "Uzunayaqlılar" qorxu filmində baş rolu oynayacaq.
O, həm də filmin prodüserlərindən biri olacaq.
Yeni ekran əsərinin süjetinin təfərrüatları açıqlanmır.
Prodüserlərin sözlərinə görə, film klassik Hollivud psixoloji trillerləri ruhunda çəkiləcək. Çəkilişlər 2023-cü ildə başlayacaq.
Filmin ssenari müəllifi və rejissoru Oz Perkins olacaq. (Oxu.az)

9-11-2022, 23:33
Вернуться назад