DataLife Engine / Çox sevdiyim adamın xahişi ilə bunu etdim" - Fotolar

Çox sevdiyim adamın xahişi ilə bunu etdim" - Fotolar

Meyxanaçı Namiq Qaraçuxurlu Hellouin bayramı üçün fərqli obrazda obyektiv qarşısına keçib.
Axşam.az xəbər verir ki, sənətçi evində çəkdirdiyi şəkilləri instaqram izləyiciləri üçün bölüşüb. O, "Adams ailəsi" filminin baş qəhrəmanı Homesin obrazını yaradıb.
Qaraçuxurlu bildirib ki, bu obrazı çox sevdiyi bir insanın istəyi ilə yaradıb:
"Çox sevdiyim, "yox" deyə bilməyəcəyim bir adamın xaişi ilə bu obraza girmək məcburiyyətində qaldım. Səni nə hala salırsa salsın, "yox" deyə bilməyəcəyin adamın olması çox gözəldir".
Qeyd edək ki, Namiq bir neçə gün əvvəl qızı Saranın evdə Hellouin bayramını qeyd etdiyini paylaşmışdı.




3-11-2022, 02:28
Вернуться назад