Главная > Şou-biznes / Foto > "Camdakı kız"ın Seleni: "İkinci əl paltarlar geyirəm"

"Camdakı kız"ın Seleni: "İkinci əl paltarlar geyirəm"


14-10-2021, 02:11. Разместил: Admin
Türkiyənin "Kanal D" kanalında yayımlanan "Camdakı kız" serialında "Selen" obrazını canlandıran Selma Ergeç şəxsi həyatı ilə bağlı təəccüblü açıqlamalar verib.
MAY.AZ Lent.az-a istinadən məlumat verir ki, serialda klassik geyimlərdən, hündürdabanlı ayaqqabılardan istifadə edən 42 yaşlı aktrisa gündəlik həyatında istifadə etdiyi geyimlərindən danışıb.
"Dar paltar geyinməyi sevmirəm, sıxılıram. Rahat geyinməyi sevirəm. İkinci əl, rahat paltarlardan istifadə edirəm, köhnəlsə də heç bir problem yoxdur. Mən rahatlığın tərəfdarıyam".
Aktrisa serial boyunca heç ayağından çıxarmadığı hündürdabanlı ayaqqabılarından da danışıb:
"Çox bəyəndiyim üslublar var, amma bunları həyatımda istifadə etmək üçün intizamım yoxdur. Mən də bütün gün topuqda gəzmək istərdim. Belə geyinənləri çox bəyənirəm. Amma özüm geyinəndə 10 dəqiqə sonra bədənim "Bizim üçün ayrılan vaxtın sonuna gəldik" deyir".


Вернуться назад