Суббота
окт 08

Əsl sevginin 8 əlaməti

Əsl sevginin 8 əlaməti


İnsanlar qarşılıqlı münasibətlərə başlayanda hər iki tərəfi dilə gətirməsə belə bir sual maraqlandırır. O məni sevir yoxsa bu sadəcə xoşlanmadır?. İllərin və nəsillərin sınağından çıxmış bu 8 fakt sizə partnyorunuzun sizi sevib -sevmədiyini anlamaqda kömək edəcək.

1.Əsl sevənlər yataqda eqoist olmurlar.Yaxşı başa düşürlər ki, tanqo iki nəfərlik rəqsdir. Sevirsə nələrdən xoşlanıb- xoşlanmadığını nəzərə alır.

2. O, səni xətalar törətməkdən çəkindirir. Gözlərini açmağa çalışır.

3.Bir saat zənglərinə cavab verməyəndə şübhələrə düşmür. Bilir ki , bunun üçün əsaslı səbəbin var. Qısası güvənir.

4. Xəstələnəndə qayğına qalır. Özünü yaxşı hiss etməyin üçün əlindən gələni edir. O bunu ürəkdən edir, səndə təəssürat yaratmaq üçün deyil.

5. Sənin rəylərin onun üçün önəmlidir və bununla hesablaşır. Səninlə razı olmasa belə sənin mühakimələrinə hörmətlə yanaşır.

6. Səni xoşbəxt etmək üçün ən xırda detallara belə əhəmiyyət verir. Ən kiçik anları belə sevinclə doldurmaq istəyi- bax bu əsl sevginin göstəricisidir..

7. Səni dinləyir. Ən darıxdırıcı söhbətinə belə qulaq asır və sən onun çiynində hər zaman təsəlli tapa bilərsən.

8. Sevən insan “səni sevirəm” deməkdən qorxmaz. O hisslərini dilə gətirməkdən çəkinmərək, oun həyatı üçün nə qədər öğnəmli olduğunu tez- tez ifadə edir.

Комментарии (0)

Оставить комментарий