Среда
дек 04

İlham Əliyev Tailand Kralını təbrik etdi

İlham Əliyev Tailand Kralını təbrik etdi



Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Комментарии (0)

Оставить комментарий