^
U

Azərbaycanda maraqlı olay: 5 il əvvəl itkin düşən kişini indi axtarırlar


Qusarda 30 yaşlı kişi 5 il əvvəl itkin düşüb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Haçatala kənd sakini Sərxan Heydər oğlu Novruzov 2014-cü ilin avqust ayında evdən çıxdıqdan sonra bir daha qayıtmayıb. Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq S. Novruzovu yerini müəyyənləşdirmək mümkün olmayıb.

Orta bədən quruluşuna malik S. Novruzovun boyu 1 metr 77 santimetrdir.

İtkin düşən şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (023)385-28-03; (023) 385-28-35 şəhər nömrələrinə zəng vuraraq Qusar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 786 Tarix: 21-06-2019, 12:30
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az