^
U

Azərbaycan manatı 26 yaşında


Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il ötür.

MAY.AZ-ın məlumatına görə, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 697 Tarix: 15-08-2018, 15:56
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az