^
U

"Nura Suri adlı müğənni tanımıram" - Bahalaşmaya etiraz edən azərbaycanlı müğənniyə sərt cavab


Xəbər verdiyimiz kimi, ölkəmizə gətirilən mobil cihazların və avtomobillərin dövlət rüsumları artırılıb. Bundan əlavə avqustun 1-dən etibarən ictimai nəqliyyatda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ölkədə gedən bu qiymət artımına görə müğənni Nura Suri öz etirazını bildirib.
Onun "Bu qiymət artımı nəyə lazımdır? Deputatlar, millətin vəkilləri niyə danışmırlar? Maaşları artıb, sakit oturublar" sözləri müzakirələrə səbəb olub.

Bununla bağlı MAY.AZ-a açıqlama verən deputat Aqil Abbas Nura Suri adlı müğənnini tanımadığını söyləyib. Millət vəkili qiymətlərin qalxması məsələsinə gəldikdə isə bildirib ki, rüsumların artırılmasının tərəfdarı deyil:

“Rüsumlar niyə artırılmalıdır ki? Təbii ki, rüsumlar artırılanda telefonların və maşınların da qiyməti qalxır. Qiymətləri 5 manatdan 150 manata qaldırmaq düzgün deyil. Heç olmasa 5 manatdan bir az qaldırılardı, 150 manat çoxdur axı”.

Aysel Yusifqızı
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 753 Tarix: 3-08-2018, 17:33
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az