Пятница
мар 02

100-dən çox terrorçu qəfil hücüma keçdi - 8 şəhid, 13 yaralı

100-dən çox terrorçu qəfil hücüma keçdi - 8 şəhid, 13 yaralı


Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı "Zeytin Dalı" əməliyyatı zamanı terrorçularla döyüşlərdə 8 şəhid verdiklərini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, daha 13 əsgərin isə yaralandığı bildirilir.

Afrində Həcc Bilal kəndində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma çıxıb. Qəfil hücum edən 100-dən çox terrorçudan 23-ü təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Kel Tepe bölgəsində olan tunellərdən 80-100 nəfərlik terrorist qrupu əllərindəki silahlardan atəş açıb. Ağır döyüşdə çox sayda itki verən Türkiyə tərəfi dərhal əraziyə vertolyotlar göndərilib.

Terrorçular yaralıları daşıyan vertolyotu da vurmağa çalışıb. Ancaq buna baxmayaraq yaralı və şəhidləri döyüş bölgəsindən çıxarmaq mümkün olub.

Комментарии (0)

Оставить комментарий