^
U

Azərbaycana göndərilən bağlamalar gömrükdən buraxılmır


Xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmir.

Bu barədə “Report”a həmin şirkətlərin müştəriləri məlumat veriblər.

Məlumata görə, qeyd edilən problem iki həftəyə yaxındır davam edir. Məsələni bu ilin əvvəlində forumlarda müzakirəyə çıxaran müştərilərə cavab verən "Camex" şirkəti bildirib ki, bu problem Azərbaycanın karqo şirkəti olan “Silkway”in sifarişlərinin çox olması ilə bağlıdır.

Azərbaycanda fəaliyyət göstərən “Barami” adlı şirkət isə öz müştərilərinə xəbərdarlıq edərək bildirib ki, məlum olmayan səbəblərdən Dövlət Gömrük Komitəsi (DGK) bağlamaları sərhəddən buraxmır: "Bu səbəbdən də yüklərin çatdırılması gecikə bilər".

Həmin şirkətdən “Report”a bildirilib ki, DGK tərəfindən yüklərin hansı səbəbdən buraxmamasının izahı verilmir və növbəti həftədə problemin həlli gözlənilir.

Qeyd edək ki, məsələ ilə bağlı DGK “Report”un sorğusuna cavab verməyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 775 Tarix: 12-01-2018, 18:27
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az