^
U

İctimai iaşə obyektlərində yerində xidmət dayandırılır - Bəs onlayn ticarət necə qurulmalıdır? - VİDEO


Bu gecədən etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır. Artıq restoranlar müştərilərə evə götürmə, çatdırma və onlayn satışlarla xidmət göstərəcək.

Xezerxeber.az-ın məlumatına görə, restoran sahəsi üzrə mütəxəssis Mahir Zeynalov deyir ki, artıq bu sahədə yeni bir era başlayır. Müştəriyə daha yaxşı çatdırılma xidməti göstərən restoranlar bu çətin vəziyyətdən çıxa biləcəklər və öz yerlərini daha da möhkəmləndirəcəklər. Mütəxəssisin sözlərinə görə, restoran işlədən şəxslər belə bir zamanda bəzi nüanslara diqqət etməklə öz satışlarını artıra bilərlər. Bunun üçün onlar ilk növbədə sosial şəbəkələr üzərindən reklamlarını geniş etməli, hətta mobil tətbiqlər yaratmalıdırlar.

Həmçinin yaxşı olar ki, restoranlar müştərilərə yeməklərin hansı şəraitdə hazırlanması ilə bağlı tanıtım videosu təqdim etsin. Bu insanlarda həmin yeməklərin gigiyenik qaydada hazırlandığı barədə əminlik hissi yaradacaq. Ən önəmli məsələ isə qiymətlərlə bağlıdır. Onlayn çatdırılma qiymətləri daha ucuz olmalıdır.

Mütəxəssis müştərilərə isə tövsiyə edir ki, onlar etibar etdikləri restoranlara müraciət etsinlər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 474 Tarix: 29-03-2020, 12:16
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az