Понедельник
мар 16

Əmlak Xidmətləri Məkanı xüsusi iş rejiminə keçdi

Əmlak Xidmətləri Məkanı xüsusi iş rejiminə keçdi


Koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanının fəaliyyəti 2020-ci il martın 16-dan 20-dək məhdudlaşdırılır.

Komitədən verilən məlumata görə, vətəndaşlar Komitənin “Elektron xidmətlər portalı” resursundan yararlana, əlavə suallarla isə 193 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Komitə həmçinin, vətəndaşların sağlamlığı və təhlükəsizliyi səbəbi ilə hazır sənədlərin alınmasını müvəqqəti olaraq təxirə salmağı tövsiyə edir.

Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, Novruz Bayramı ilə əlaqədar Əmlak Xidmətləri Məkanında 2020-ci il martın 20-28-i qeyri-iş günləri olacaq.

Комментарии (0)

Оставить комментарий