DataLife Engine / İspaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötdü

İspaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötdü

İspaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötdü


İspaniyada son bir gündə 551 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da krallıqda pandemiyadan ölənlərin sayı 19 130 nəfərə çatıb.

Məlumatda həmçinin vurğulanıb ki, son sutkada daha 5 183 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İspaniyada infeksiyaya yoluxma faktlarının sayı 182 816-ya yüksəlib.

Bundan başqa, krallıqda bu günədək 74 797 nəfər infeksiyadan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 092 000-i ötüb. Bunların 516 975 nəfəri sağalıb, 135 235 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
16-04-2020, 14:29
Вернуться назад