^
U

Türkiyənin “Turkovac” peyvəndi üçün təcili istifadə icazəsi verilib və bu gündən kütləvi istehsala başlanılıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident Ərdoğan Şanlıurfada videokonfransla “Turkovac” peyvəndinin təcili istifadə icazəsinin verilməsi və kütləvi istehsalına başlanması mərasimində iştirak edib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, müayinələr davam etdiriləcək:
“Ümid edirik ki, müayinələr gələn həftə yekunlaşacaq. Gələn həftədən etibarən geniş istifadəyə veriləcəyik. Gələn həftənin sonuna qədər xüsusilə şəhər xəstəxanalarımızda geniş istifadəyə verəcəyik”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 430 Tarix: 22-12-2021, 20:07
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az