May.Az Forum Auto Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Все проекты
  Qeydiyyat

koronavirus

Təmiz havada koronavirusa yoluxmaq mümkündür?

4-01-2021, 15:20
Baxış: 41
Qışda soyuq havada gəzmək yalnız xoş deyil, həm də faydalıdır. Ən yüksək kateqoriyalı otorinolaringoloq Vladimir Zayçev soyuq havanın bədənə mənfi təsirini azaltmağın yollarından danışıb.
Ekspert ilk növbədə burundan nəfəs almağı tövsiyə edib:
"Burundan nəfəs aldığınız zaman hava isinir və nəfəs tezliyi bərabər şəkildə tənzimlənir. Gəzintinin müddəti də nəzərə alınmalıdı, donmamaq və xəstələnməmək üçün soyuqda keçirdiyiniz vaxtı düzgün hesablanmalısınız, xizək və ya konki sürərkən diqqətli olun. Uşaqlara xüsusi diqqət yetirilməlidir, çünki termorequlyasiya onlarda hələ inkişaf etməyib, odur ki, evə nə vaxt getmək lazım olduğunu özləri qiymətləndirə bilmirlər.
Soyuq havada tez-tez isti çay için, amma qaynar olmamalıdır. Eyni zamanda soyuq içkilər və müxtəlif növ soklar qadağandır. Qəhvə çox içməməlisiniz, çünki bir çox səbəblərdən gücünüzün tükənməsinə yol açır. Gəzintiyə çıxırsınızsa, çox yemək lazım deyil. Səndviçlər, qoz-fındıq və ya şokolad çubuğu gücünüzü artırmaq üçün idealdır. Ən yaxşısı bir kafeyə girib isti şorba için.
Təmiz havada koronavirusa yoluxmaq olduqca çətindir, ancaq nəfəsdən nəmlənmiş maska üzə yapışmağa və soyumağa başlayacaq. Eyni hal şərflər üçün də keçərlidir, ağzınızı və burnunuzu bağlamamalısınız: temperatur fərqində nəmlənən yun tez bir zamanda bakteriyaların yaranmasına yol açacaq".(publika)

Добавить комментарий
Ваше имя:*
Ваш e-mail:*
Введите код: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
MobTop.az MobTop.az MobTop.az MobTop.az