Sabiq Baş nazir koronavirusdan vəfat etdi
Somalinin sabiq Baş naziri Nur Həsən Hüseyn koronavirusdan vəfat edib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, o Londonda müalicə olunduğu xəstəxanada ölüb.
Sabiq Baş Nazirin oğlu atasının Böyük Britaniyada dəfn olunacağını bildirib.
Qeyd edək ki, Nur Həsən Hüseyn 2007-2009-cu illərdə Somalinin Baş naziri olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Sağlam ol Oxunub: 547 Tarix: 1-04-2020, 18:57