Новость из категории: Sağlam ol / koronavirus

Çin koronavirusa səbəb olan yarasaları yenidən satışa çıxardı

Çin koronavirusa səbəb olan yarasaları yenidən satışa çıxardı


Çin dünyada 34 mindən artıq insanın ölümünə səbəb olan koronavirusun yayıldığı vəhşi heyvan bazarını yenidən açıb.

MAY.AZ ölkə.az-a istinadən bildirir ki, Çində koronavirus təhlükəsi səngidiyi üçün vəhşi heyvanların satışına yenidən başlanılıb. Hətta bu bazarlarda yarasaların da satıldığı görüntülənib. ''Daily Mail''in xəbərinə görə Pekin vəhşi heyvanların satışına qadağa qoysa da bəzi əyalətlərdə buna əməl olunmur. Belə ki, satıcılar bazarın və heyvanların kamera ilə görüntülənməsinə etiraz ediblər. Vitrinlərdə yarasa, timsah, ilan əqrəb, porsuq, dağ siçanı və digər vəhşi heyvanların əti satılır. Üstəlik həmin mağazaların qarşısındakı reklam lövhələrinə zəhərli heyvanların fotolarını yerləşdirərək onları dərman vasitəsi kimi satdıqlarını da qeyd ediblər.

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив