Понедельник
ноя 20

İİV-in ötürülmə yolları

İİV-in ötürülmə yolları


İİV-in ötürülməyolları

Yoluxma üçün kifayyət miqdarda İİV orqanizmin 4 (dörd) mayesində olur: qan, sperma, vaqinal maye və ana südü.

Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların təsiri altında tez bir zamanda məhv olur.

Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq İİV ilə yoluxdurma mümkün deyil, çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayyət qədər deyil.


İİV-in əsas ötürülməyolları:

Parenteral:


İİV-əyoluxmuş qanın vəonun komponentlərinin köçürülməsi, yaxud orqanların və toxumaların transplantasiyası zamanı;
Inyeksiya, yaxud tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan (iynə, şpris və s.) istifadə etməklə;
qan qalıqları olan alət ilə (məsələn, skalpel, üz qırxan ülgüc, qayçı, diş fırçası və s.) dərinin və selikli qişalarının zədələnməsi zamanı.

Cinsi yolla


qorunmamış (prezervativsiz) nüfuz edən hər bir cinsi əlaqə (vaqinal, anal, oral) zamanı;
Ən yüksək yoluxma təhlükəsi qorunmamış anal cinsi əlaqə zamanı qeyd olunur, qorunmamış oral cinsi əlaqə zamanı yoluxma təhlükəsi azdır;
İİV-in kişidən qadına ötürülmə təhlükəsi 4 dəfə qadından kişiyə ötürülmə təhlükəsindən çoxdur;
Əgər insan diqər cinsi yolla yoluxan infeksiyasına yoluxubsa,onun İİV-ə

yoluxma ehtimalı artır.

Anadan uşaqa

hamiləlik dövründə;
doğuş vaxtı;
döşlə əmizdirmə zamanı.

İİV ötürülmür

məişət yolu ilə (ümumi qab-qacaq, dəsmal, yataq dəstləri vasitəsi ilə, ümumi tualet və vanna otaqlarından istifadə etdikdə və s.)
öpüşəndə və qucaqlaşanda;
nüfuz etməyən cinsi əlaqə zamanı

Menbe: AIDS.AZ

Комментарии (0)

Оставить комментарий