Вторник
ноя 28

Uşağın düzgün inkişaf edib etmədiyini, belə bilmək

Uşağın düzgün inkişaf edib etmədiyini, belə bilmək


Uşağın düzgün inkişaf edib etmədiyini, belə bilmək olar. Bəzən valideyn uşağının inkişaf dövrünün ləngidiyindən xəbərsizdir. Uşağın yaşıdlarını görəndən sonra onlarla övladını müqayisə edəndə bu həqiqətlə tanış olur. Ancaq bunu bilməyin asan yolunu sizlərə təqdim edirik: Yaşı – 1 aylıq Bacarıqları:O, hərəkətdə olan oyuncağı izləyir. Böyüklərin səsinə reaksiya verir və bu zaman ağlamağını kəsir. Qarnı üzərində uzadıldıqda qısa müddətə olsa belə, başını dik tuta bilir. Böyüklərlə ünsiyyət zamanı müəyyən səslər çıxarır. Böyüklərlə ünsiyyət zamanı ilk təbəssümünü göstərir, ancaq bu reflex şəklindədir. 2 aylıq Qarnı üzərində uzadıldıqda artıq başını uzun müddət dik saxlaya bilir. Qışqırığı intanasiyalı şəkil alır, baxışları hərəkətli olur. Böyüklərin ünsiyyətinə təbəssümlə reaksiya verir. 3 aylıq yeni doğulmuş balacaya məxsus bütün reaksiyalar itir. Tərpənməyən əşyanı uzun müddət süzə bilir. Əllərini ilk dəfə oyuncağa doğru aparır. Əllərini çiyinlərinə doğru aparır. Səsi intonasiyalı olur. Canlanma hiss olunur. 4 aylıq Əllərini nəzərdən keçirir. Səs gələn tərəfə başını çevirib, reaksiya verə bilir. Qarnı üzərinə çevrilə bilir, oyuncaqları tuta bilir. Anasını tanıyır. 5 aylıq Əl hərəkətləri aktivləşir. Oyuncağı 2 əli ilə tutub,ağzına apara bilir. Öz hisslərini gülüşü və göz yaşları ilə biruzə verir. Yaxınları və kənar şəxsləri fərqləndirə bilir. 6 aylıq Əllərini uzadaraq qalxmaq istəyir. Oturur. Əllərində oyuncağı uzun müddət saxlaya bilir. Mayeni fincandan içə bilir. 7 aylıq Sərbəst oturur. Oyuncağı ata, silkələyə, bir əlindən digərinə ötürə bilir. Uzun-uzadı qığıldayır. Böyüklərlə ünsiyyətə girməzdən əvvəl, onları yaxşıca nəzərdən keçirir. 8 aylıq Dizi üstündə durur, iməkləyir, dayaqdan tutaraq qalxır. Böyüklərin “əlini ver”, “sağ ol” sözlərinə hərəkətli cavab verə bilir. Özü alma, çörək və s. əlində saxlayaraq sorur. Müxtəlif oyunları başa düşərək reaksiya verir. 9 aylıq Dayaqdan istifadə edərək sürətli gəzir. Xırda əşyaları götürə bilir. Fiqurlardan piramida düzəldə bilir. Adını bilir və çağırdıqda reaksiya verir. Güvəcdə rahat oturur. 10 aylıq Bir əli ilə tutaraq yaxşı gəzə bilir. Çoxda hündür olmayan pilləkanlardan qalxıb-düşə bilir. Öz bədən üzvülərini göstərə bilir. Böyüklərin ardınca bildiyi sözləri hecalaya bilir. Uşaqlarla ünsiyyətə can atır. 11 aylıq Sərbəst olaraq dayanır. Top və kubiklərlə oynamağı sevir. Söz ehtiyyatı artır “Olmaz”sözünün mənasını başa düşür. Heyvanlarla oynamağa can atır. 12 aylıq Müstəqil addımlayır qaşıq, fincan və darağı müstəqil tuta bilir.Böyüklərdən kitab oxumalarını istəyir 8-10 söz bilir Formaya görə fiqurları ayira bilir.

Комментарии (0)

Оставить комментарий