Вторник
ноя 28

Yuxu pozgunlugu

Yuxu pozgunlugu


Uşaqlar ayağa durmaq və yerimək bacarıqlarını təkmilləşdirmək üçün çox çalışırlar. Bu məqsədlərə nail olmağa çalışarkən onların gündəlik rejimi, xüsusilə yatma və mürgüləmə rejimi pozula bilər. Yuxu pozğunluğunun aradan qaldırılması üzrə bir neçə məsləhət əldə edin. Övladınızın ayağa qalxıb yerimək cəhdləri onun gündəlik qidalanma, eləcə də yatma rejimini poza bilər. Artıq onun səhər və günörta yuxusu azalıb və o, ola bilsin ki, gecələr də tez-tez oyanır. O, yatmaq əvəzinə vaxtını ora-bura qaçmaqla keçirir və bu normal haldır. Bir müddətdən sonra onun yerimək həvəsi azaldıqda övladınız daha intizamlı vəziyyətinə qayıdacaq. O zamana qədər yatma saatlarında onu öz çarpayısına uzadın və yatmasa da narahat olmayın. Gecələr yüxü pozğunluğuna daha çox rast gəlinir. Sakit və təkidlə onun yenidən yatmasına kömək edə bilərsiniz. Ona 10 dəqiqə vaxt verin ki, özü yatmağa getsin. Sonra gedin və yüngülcə kürəyinə toxunun ki, sizin orada olduğunuza əmin olsun. Uşağın qidalanması da pozula bilər. Övladınız yemək saatlarının birində bəzən heç nə yemir və bəzilərində isə hazırladığınızdan daha çox yemək istəyir. Siz məsələni böyütməyənə qədər o bunu çox gözəl balanslaşdıracaq. Yemək saatlarının arasında qaymaqlı, pendirli bublik kimi yüksək enerjiyə malik yüngül yeməklər verin.

Комментарии (0)

Оставить комментарий