16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Beş saatlıq yuxunun sağlamlıq üçün fəsadları açıqlandı

Beş saatlıq yuxunun sağlamlıq üçün fəsadları açıqlandı
London Universitet kollecinin alimləri müəyyən ediblər ki, gecə beş saatdan az yatmaq bir çox xəstəliklərin, o cümlədən xroniki xəstəliklərin inkişaf riskini artırır.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Alimlərin işi "PLOS: Medicine" adlı jurnalda dərc olunub.
Araşdırmada 50-70 yaş arası 8 min könüllü iştirak edib. İştirakçıların sağlamlığı və vərdişləri 25 il ərzində izlənilib.
Alimlər işin gedişində müəyyən ediblər ki, gündə 5 saatdan az yatan insanlarda gecə 7 saatdan çox yatanlarla müqayisədə ürək xəstəlikləri, xərçəng və şəkər xəstəliyinə tutulma ehtimalı 20% çoxdur. Yaşı 50-dən yuxarı olan könüllülərdə eyni anda iki və ya daha çox xroniki xəstəliyə tutulma riski 30-40%, xroniki xəstəliklərdən ölüm riski isə 25% artıb.
Alimlərin fikrincə, onların araşdırması insan sağlamlığı üçün adekvat yuxunun vacibliyini vurğulayır. Onlar həmçinin yaxşı yuxu şəraitinə diqqət yetirməyin önəml5 olduğunu bildirib. Yəni yatmazdan bir neçə saat əvvəl telefondan istifadə etməyin, axşam yeməyində ağır yemək yeməyin, həmçinin yatmaq üçün rahat yer hazırlayın.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница