16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ağciyərləri siqaretin zərərindən qorumağın yolları

Ağciyərləri siqaretin zərərindən qorumağın yolları
Siqaret çəkən adamların ağciyərləri ən çox zərər görən orqan sayılır. Bu səbəbdən də siqaret çəkənlərdə daima öskürmə olur. Onlar vaxtlı-vaxtsız, səhər-axşam hətta gecə yarısı da məcburən öskürürlər. Bu onların bronxlarının zədələnməsinin əlamətidir.
Gent.az xəbər verir ki, siqaret çəkdikdən sonra bronxlar və ağciyərləri oraya daxil olan zəhərli maddələr zədələyir.
Bu zaman həmin bölgələrdə iltihabi proseslər gedir və bu proses uzun müddət davam etdikdə iltihab ocaqlar yaranmağa başlayır. İltihabi ocaqlar yarandıqda siqaret çəkənlərdə əzabverici öskürək meydana çıxır və siqaretçəkən adam öskürərək bəlğəmi xaric etrməyə çalışır. Lakin proses daha da dərinləşir və bəlğəm ağciyər köklərində yer alır. Bu zaman mütləq həkimin müdaxiləsi lazımdır.
 
Ağciyərləri siqaretin zəhərlənmələrindən təmizləməyin bir çox üsulları vardır. Bunlardan bir-neçəsini sizlərə təqdim edirik.
1. Orqanizmin kompleks şəkildə təmizlənməsi. Buraya ilk növbədə siqareti tərgitmək və mədə-bağırsağı, böyrəkləri yumaq, qan-damar sistemini xəstəxana şəraitində təmizlənməsi daxildir.
2. Bu zaman siqaret çəkməmək şərti ilə təmiz havada çox olmaq, siqaret çəkənlərdən uzaq durmaq və hətta mümkünsə belələrindən uzaq yaşamaq lazımdır.
3. Həkimin məsləhət etdiyi dərman vasıtələri ilə siqareti tərgitmək.
4. Siqareti tərgitmək istəyənlər üçün kurslara qatılmaq və bu vasitə ilə siqaretdən uzaq olmaq.
5. Xalq təbabəti vasitələri ilə siqareti tərgitmək. Məsələn, hər otağa dəfnə yarpağı qoymaq və gün də 3 dəfə dəmləməsini içmək. Orqanizmi möhkəmləndirən vasitələrdən istifadə etmək. Məsələn, bal və limonlu çay içmək.
6. Nəfəs yollarının gimnastikası. Bu zaman gündə 2 dəfə hər dəfə 30 dərin nəfəs alıb vermək lazımdır. Bu gimnastika üsulu ağciyərlərin həcmini genişləndirir və oraya havanın axınını təmin edir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница