DataLife Engine / Göz yaşını axıtmağa dəyərmi

Göz yaşını axıtmağa dəyərmi

Göz yaşını axıtmağa dəyərmi


Göz yaşını axıtmağa dəyərmi ,
Sonunda bir güləcəyi yoxdusa .
Hər görüşə sevgi demə əzizim ,
Əgər onun gələcəyi yoxdusa .

Sevgi yoxsa ürək quru qəfəsdi ,
Kor ümüdə nə qərəzi, nə qəsdi ?
Min yol geri çağırmağın əbəsdi
Əgər geri dönəcəyi yoxdusa .

Hər kül altda gizlənənə köz demə ,
Hər xatirə qırığına iz demə ,
Hər ürəkdən kövrək nəğmə gözləmə
Sarı simdə dinəcəyi yoxdusa .

Oda salsan buz bağlayıb donacaq ,
Əldən uçdu, yad budağa qonacaq ,
Könül versən nə qiymətə alacaq ?
Könül qədri biləcəyi yoxdusa .

Ucaltdığın kiçiləndə görərsən ,
Əriyərsən gözün görə — görə sən .
Süfrəsinə nə qoyacaq görəsən
Səndən tikə böləcəyi yoxdusa .

Demə mənə: nələr gəlir ağlıma ;
Vay onda ki qara səndən ağ uma .
Ürəksizə ürək verib ağlama ,
Bir gün sənsiz öləcəyi yoxdusa ...
29-09-2016, 01:29
Вернуться назад